“Rusiya Moldovada hökuməti devirməyə cəhd etdi”

“Rusiya Moldovada hökuməti devirməyə cəhd etdi” “Rusiya bu ilin yazında Moldova hökumətini devirməyə cəhd etdi”.
Bunu Moldova Prezidenti Maya Sandu “Moldova-1” telekanalının efirində çıxışı zamanı bildirib.
Moldova Prezidenti vurğulayıb ki, hakimiyyətə rusiyayönümlü qüvvələr gətirilməyə cəhd edilib.
“Bu ilin yazında Rusiyanın ölkəmizdəki hökuməti devirmək planları var idi, lakin onlar uğursuzluğa düçar oldular. Çünki biz kifayət qədər məlumata sahib idik və orqanlarımızın sayıqlığı nəticəsində bu, baş vermədi. Əminik ki, onlar yenə cəhd edəcəklər”, - deyə Maya Sandu qeyd edib.

Tehsil-press.az




Oxşar xəbərlər