Qəzaya düşən prezidentdən ilk açıqlama - Yenilənib

Qəzaya düşən prezidentdən ilk açıqlama - Yenilənib Moldova prezidenti İqor Dodonun korteji Straşenı-Kalaraş yolunda qəzaya düşüb. Bu barədə Moldova polisi məlumat yayıb.
Məlumata görə, Dodon aldığı xəsarətdən xəstəxanaya yerləşdirilib.
“Ölkə prezidentinin rəsmi kortejinə daxil olan 2 avtomobil qəzaya düşüb. Hadisə nəticəsində yaralanan insanlara tibbi yardım göstərilib. Hüquq-mühafizə orqanları qəzanın baş vermə səbəblərini araşdırır”,- deyə məlumatda bildirilir.
***
Yol qəzasına düşən Moldova prezidenti İqor Dodon səhhəti ilə bağlı açıqlama verib.
Moldovanın “Komsomolskoy pravdı” qəzetinə danışan Dodon heç bir yara və əzilməsinin olmadığını söyləyib. O, vəziyyətinin normal olduğunu deyib.

Tehsil-press.az

Oxşar xəbərlər