Rusiya Çinin ticarət tərəfdaşları siyahısında yeddinci yerdədir

Rusiya Çinin ticarət tərəfdaşları siyahısında yeddinci yerdədir Rusiya Çinin ticarət tərəfdaşları siyahısında 10-cu yerdən 7-ci yerə yüksəlib.
Bunu Şanxayda keçirilən Rusiya-Çin Biznes Forumunun plenar iclasında Rusiyanın baş naziri Mixail Mişustin deyib.
Baş nazir bildirib ki, Çin 10 ildən artıqdır Rusiyanın əsas ticarət tərəfdaşıdır: “2021-2022-ci illərdə qarşılıqlı ticarətin həcmi ildə təxminən üçdə bir dəfə artıb. Ötən il bu, təxminən 190 milyard dollar təşkil edib. Bu ilin birinci rübündə bu rəqəm 52 milyard dollara qədər artıb - demək olar ki, dörddə birinə. İlin sonuna isə o, 200 milyard dollara çata bilər”.
Qeyd edək ki, ötən il Çinin xarici ticarət dövriyyəsi 6,31 trilyon dollar təşkil edib. Çin ABŞ ilə ən böyük ticarət dövriyyəsinə malikdir – ötən il 759 milyard dollar. Yaponiya, Cənubi Koreya, Honq-Konq, Tayvan ilə dövriyyə bu ölkələrin hər biri ilə ildə təxminən 300 milyard dollar təşkil edir.

Tehsil-press.az



Oxşar xəbərlər