Şahin Mustafayev: Azərbaycan və Türkiyə preferensial ticarət barədə saziş imzalayacaq

Şahin Mustafayev: Azərbaycan və Türkiyə preferensial ticarət barədə saziş imzalayacaq Azərbaycan və Türkiyə preferensial ticarət barədə saziş imzalayacaq.
Bunu iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan-Türkiyə biznes forumunun açılışında deyib.
O bildirib ki, imzalanma növbəti yüksək səviyyəli görüş zamanı baş tutacaq.
Nazir qeyd edib ki, Azərbaycan Naxçıvanla Türkiyənin preferensial ticarətinin həcminin artmasına ümid edir:
“Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir”.
Onun sözlərinə görə, 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 28 faiz artaraq 3,4 milyard dollara çatıb. Bu ilin ilk 7 ayı ərzində isə bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 33 faiz artaraq 2,3 milyard dollar təşki edib.

Tehsil-press.az

Oxşar xəbərlər