Serbiyada müxalifətin tənqidindən sonra növbədənkənar seçki keçiriləcək

Serbiyada müxalifətin tənqidindən sonra növbədənkənar seçki keçiriləcək Serbiyada növbədənkənar parlament seçkiləri keçiriləcək.
Bu barədə məlumatı ölkə Prezidenti Aleksandr Vuçiç açıqlayıb.
O, seçkilərin keçirilə biləcəyi tarixin hələ məlum olmadığını bildirib: “Aydındır ki, bizdə növbədənkənar parlament seçkiləri təşkil ediləcək. Burada həll edilməli yeganə məsələ seçkilərin hansı ayda baş tutmasıdır”.
Bildirilir ki, növbədənkənar seçkilər müxalifətin tənqidləri fonunda keçiriləcək. Vuçiçin sözlərinə görə, müxalifət onu zorakılığı təşviq etməkdə və söz azadlığını boğmaqda ittiham edir.

Tehsil-press.az


Oxşar xəbərlər