
Tədbirdə ölkəmizin Fransadakı səfiri Leyla Abdullayeva, Avropa Şurası yanında nümayəndəliyinin rəhbəri Fəxrəddin İsmayılov, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov, UFAZ-ın icraçı direktoru və AAAF-ın sədri Vazeh Əskərov, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının icraçı direktoru Rəfael Hacıbəyli çıxış edərək Ulu Öndərin Azərbaycanın Avropa Şurası institutlarına inteqrasiyası istiqamətində fəaliyyəti barədə məlumat veriblər.
Daha sonra Heydər Əliyevin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə, həmçinin Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının Strasburqda təhsil alan tələbələr üçün təqdimatı keçirilib və tələbələrin şəbəkələşməsi istiqamətində müzakirələr aparılıb.
Görüşdə Azərbaycan-Fransız Universitetinin Strasburq və Müluz şəhərlərində təhsil alan tələbələri də iştirak ediblər.
Tehsil-press.az