UFAZ-da akademik fəaliyyətin daha da yaxşı təşkil olunması üçün müzakirələr aparılıb

UFAZ-da akademik fəaliyyətin daha da yaxşı təşkil olunması üçün müzakirələr aparılıb Azərbaycan-Fransız Universitetində (UFAZ) Fransanın Azərbaycandakı səfirliyinin mədəniyyət və əməkdaşlıq müşaviri, Azərbaycan Fransız İnstitutunun direktoru Charles Denier ilə görüş keçirilib.
Əvvəlcə qonaq UFAZ-ın tədris binası ilə tanış olub.
UFAZ-da baş katib Elizaveta Bydanova və Tədris şöbəsinin müdiri Lətifə Nəsibovanın da iştirak etdiyi görüşdə universitetin icraçı direktoru Vazeh Əskərov təhsil müəssisəsinin fəaliyyəti, tədris prosesi və Strasburq Universiteti ilə birgə idarəetmə haqqında məlumat verib.
O, eyni zamanda, UFAZ-la Fransa səfirliyi arasında məhsuldar əməkdaşlığı vurğulayıb və birgə həyata keçirilən layihələr barədə danışıb. Fransada təhsil almış məzunların ölkənin ictimai, sosial, mədəni və elmi həyatında töhfələrinə toxunan V.Əskərov bu istiqamətdə sədri olduğu Azərbaycan Fransa Məzunları Assosiasiyası İctimai Birliyinin rolunu da qeyd edib.
Sonra akademik fəaliyyətin daha da yaxşı təşkil olunması üçün müzakirələr aparılıb.

Tehsil-press.az


Oxşar xəbərlər