Roma Papası “Quran”ın yandırılmasından hiddətləndiyini bildirib

Roma Papası “Quran”ın yandırılmasından hiddətləndiyini bildirib Roma Papası Fransisk Stokholmda “Quran”ın yandırılmasından hiddətləndiyini və belə hərəkətlərə nifrət etdiyini bildirib.
Roma Papası bu barədə “Al Ittihad” qəzetinə müsahibəsi zamanı söyləyib. O deyib: “Mən hiddətlənirəm, mən bu cür hərəkətlərə nifrət edirəm. Xalqın müqəddəs hesab etdiyi istənilən kitaba dindarlara hörmət baxımından ehtiramla yanaşmaq lazımdır. Söz azadlığından heç vaxt başqalarını təhqir etmək üçün bəhanə kimi istifadə olunmamalıdır”.

Tehsil-press.az



Oxşar xəbərlər