Bakı Ali Neft Məktəbinin 7 tələbəsi Almaniya hökumətinin təqaüdünü qazanıb

Bakı Ali Neft Məktəbinin 7 tələbəsi Almaniya hökumətinin təqaüdünü qazanıb SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) 6 tələbəsi və 1 məzunu Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təqaüd proqramının qalibi olub. Onlardan 4-ü kimya mühəndisliyi, 3-ü proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında təhsil alıb.
Ümumilikdə DAAD təqaüdünü qazanan 18 nəfərdən 7-si BANM tələbəsi olub.
Onlar mühəndislik üzrə müxtəlif ixtisasların magistratura proqramlarına qəbul olublar.
DAAD təqaüdü ilə təhsil alacaq tələbələrin siyahısı:
1.Fidan Mahmudova - proseslərin avtomatlaşdırılması mühəndisliyi
2. Sona Mehdizadə - proseslərin avtomatlaşdırılması mühəndisliyi
3. İlqar Məmmədov - proseslərin avtomatlaşdırılması mühəndisliyi
4. Ayşən Zülfiyeva - kimya mühəndisliyi
5. Afaq Həşimova - kimya mühəndisliyi
6. Tural Abdulov - kimya mühəndisliyi
7. Anar Bədəlbəyli – kimya mühəndisliyi

Tehsil-press.az

Oxşar xəbərlər