“Tələbələrin intellekt festivalı”

“Tələbələrin intellekt festivalı” Bakı Ali Neft Məktəbinin tələbələri 10 universitetin qatıldığı intellektual yarışda qalib olublar
Bakı Ali Neft Məktəbinin (BANM) “UpTech” komandası Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqı, 3sual.az və Azərbaycan Gənclər Fondunun təşkilatçılığı ilə keçirilən “Tələbələrin intellekt festivalı” adlı yarışın qalibi olub.
BANM-ın kampusunda keçirilən final mərhələsində 10 universitetdən 20 komanda iştirak edib.
Bu komandalar arasından seçilərək 1-ci yeri qazanan BANM-ın “UpTech” komandasında “Kimya mühəndisliyi” ixtisasının 3-cü kurs tələbəsi Nəsir Əsədzadə, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının 4-cü kurs tələbələri- Yusif Hüseynzadə, Fazil Səfərov, “İnformasiya təhlükəsizliyi” ixtisasının 4-cü kurs tələbələri- Məzahir Məmmədov, Əsmər Şixəmirli, “Neft-qaz mühəndisliyi” ixtisasının 4-cü kurs tələbələri- Əli Məmmədli, Asiman Həmzəyev və Hüseyn Abızadə təmsil olunub.
Ümumilikdə 8 həftə davam edən və 100-ə yaxın komandanın qatıldığı yarışın finalında BANM-ın “Max SSIOK” komandası da iştirak edib.

Tehsil-press.az




Oxşar xəbərlər