Rusiya ordusu Xerson vilayətinin Belozerka bölgəsini atəşə tutub. Bu haqda Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak teleqramda məlumat verib. “Rusiya ordusu Belozerkada yaşayış binalarını vurub. 6 mülki şəxs yaralanıb. Onların arasında 10 yaşlı uşaq da var”, - deyə Yermak qeyd edib.