
Bunu ukraynalı hərbi ekspert Dmitri Sneqirev deyib.
“Qərb ölkələrindən və NATO-dan Ukraynanın sammitdən sonra razı qalacağına işarə edən bəyanatlar var. Güman edə bilərəm ki, söhbət strateji tərəfdaşlığın mümkünlüyündən - Ukrayna ilə NATO-nun əsas ölkələri arasında hərbi-texniki əməkdaşlığa dair birbaşa razılaşmalardan gedir”, - ekspert bildirib.
Sneqirevin sözlərinə görə, bu, ABŞ rəhbərliyinin dəyişməsindən asılı olmayaraq, ona daim hərbi-texniki yardım almağa imkan verən strateji tərəfdaş statusu ola bilər.
Tehsil-press.az