İsti havalar zamanı bunlardan uzaq durun

İsti havalar zamanı bunlardan uzaq durun ABŞ-də aparılan elmi araşdırmalar nəticəsində isti havalarda tünd rəngli paltarlardan və yağlı yeməklərdən uzaq durulmasının vacibliyi ortaya çıxıb.
Araşdırmada risk qrupunda olan insanların saat 10-16 arası çölə çıxmaması da daha məqsədəuyğun hesab edilib.
Həmçinin, vətəndaşlarının sintetik və neylon tipli paltarlardan uzaq durmaları da tövsiyə olunub.
Bildirilib ki, ürək, böyrək və diabet kimi xroniki xəstəlikləri olan bütün xəstələr və hamilə qadınlar isti havalar zamanı risk altındadır. Onlara günortadan sonraya qədər günəşdən uzaq qalmaları tövsiyə edilib.
Qeyd edək ki, bir çox ölkələrdə son günlər artan istilər ilə əlaqədar vətəndaşlara xəbərdarlıq edilib.

Tehsil-press.az


Oxşar xəbərlər