
“Biz dostlarımızı ehtiyac içində qoymuruq. Mənim xahişimlə tibbi və humanitar yardım qrupunun həkimləri Gürcüstanda keçmiş prezident Mixail Saakaşvilinin tibbi müayinəsinə başlayıblar”, - Moravetski yazıb.
Qeyd edək ki, M. Saakaşvili 2021-ci il oktyabrın 1-i Tbilisidə saxlanıldığı gün aclıq aksiyasına başlamışdı. O, 50 günlük aksiyadan sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçmiş, 2021-ci il dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü. Saakaşvili 2022-ci ilin mayında uzun müddət davam edən aclıq aksiyasından sonra müalicə alması üçün Tbilisidə klinikaya köçürülüb. Gürcü siyasətçi bundan əvvəl iki cinayət işi üzrə qiyabi olaraq mühakimə olunub və ümumilikdə 6 il müddətinə azadlıqdan məhrum olunub.
Tehsil-press.az