
Məlumata görə, onlardan ikisi yeniyetmədir. Üçüncü şəxsin isə tələbə olduğu bildirilir. Yeniyetmələr Zarat kənd sakinləridir, tələbə isə Bakı şəhərində yaşayır. O, kəndə istirahətə gəlibmiş.
***
Fövqəladə Hallar Nazirliyi dənizdə 3 nəfərin batması ilə bağlı məlumat yayıb.
Bildirilib ki, "112" qaynar telefon xəttinə Siyəzən rayonu, Zarat kəndi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30 km aralı, nəzarətsiz ərazi) 3 nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
***
Batanlardan ikisi orta məktəb şagidləridir. Onlardan birinin cəsədi tapılaraq ailəsinə təhvil verilib.
Tehsil-press.az