Bulvarda qadın azyaşlı uşaqla özünü dənizə atdı - Video

Bulvarda qadın azyaşlı uşaqla özünü dənizə atdı - Video Bulvarda intihara cəhd hadisəsi olub.
Qadın və azyaşlı uşaq dənizə tullanıb.
Hadisə şahidlərinin sözlərinə görə, uşaq şəhər sakinlərinin köməyi ilə dənizdən sağ-salamat çıxarılıb. Qadının isə FHN-in xilasediciləri tərəfindən dənizdən çıxarıldığı bildirilir.
***
Fövqəladə Hallar Nazirliyi sözügedən hadisə ilə bağlı məlumat yayıb.
FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları cəlb edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində 1985-ci il təvəllüdlü N.Cavadova dalğıclar tərəfindən xilas edilib.



Tehsil-press.az


Oxşar xəbərlər