Agentlik: Direktor və direktor müavinlərinin işə qəbulu imtahanında 420 nəfər iştirak edib

Agentlik: Direktor və direktor müavinlərinin işə qəbulu imtahanında 420 nəfər iştirak edib 2023/2024-cü tədris ili üçün Elm və Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsili müəssisələrinə direktor və direktor müavinlərinin işə qəbulu müsabiqəsinin imtahan mərhələsi keçirilib.
Elektron qeydiyyatdan keçmiş 784 nəfərdən 657-si müsabiqənin imtahan mərhələsində iştirak etmək hüququ qazanıb. Test imtahanında 420 nəfər iştirak edib.
Doxsan dəqiqə davam edən imtahanda iştirakçılar qanunvericilik və məntiqə aid suallardan ibarət test tapşırıqlarını cavablandırıblar.
İmtahanda uğurlu nəticə göstərən namizədlər müsahibədə iştirak hüququ qazanacaqlar.
Qeyd edək ki, müsabiqə nəticələrinə uyğun olaraq seçilən namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.
Respublika üzrə ümumilikdə 19 direktor və 27 direktor müavini vəzifəsi müsabiqəyə çıxarılıb.

Tehsil-press.az



Oxşar xəbərlər