Türkiyə ilk dəfə rusiyalı turistlər üçün ən bahalı ölkələrin beşliyində yer alıb

Türkiyə ilk dəfə rusiyalı turistlər üçün ən bahalı ölkələrin beşliyində yer alıb Bu ilin yayında Türkiyə ilk dəfə rusiyalı turistlər üçün ən bahalı ölkələrin beşliyinə daxil olub.
Bu barədə Rusiya Turoperatorları Assosiasiyasının (ATOR) icraçı direktoru Maya Lomidze bildirib. Onun sözlərinə görə, bu, turizm tarixində heç vaxt olmayıb, Türkiyə istiqaməti həmişə kütləvi və sərfəli hesab edilib.
Maya Lomidze qeyd edib ki, bu yay ən bahalı istiqamət Maldiv adalarıdır, oraya 10 günlük səyahətin qiyməti iki nəfər üçün orta hesabla 390 min rubl təşkil edir. İkinci yeri Kuba (238 min rubl), üçüncü yeri Şri-Lanka (213 min rubl) tutur, onun ardınca isə Türkiyə gəlir (183-185 min rubl).
Bildirilir ki, bu yay ən ucuz istiqamət Rusiyadır: uçuş da daxil, iki nəfərlik səyahətin qiyməti orta hesabla 80-85 min rubldur. 2023-cü ilin birinci yarısında Rusiyaya gələn xarici turistlərin sayı 187,8 min nəfər təşkil edib ki, bu da pandemiyadan əvvəlki 2019-cu illə müqayisədə 10 dəfə azdır.
Ötən il Türkiyəyə 5,2 milyonu ruslar olmaqla, 44,6 milyondan çox xarici turist gəlib. Rusiyadan gələn turistlərin sayında rekord göstərici isə 2018-ci ildə qeydə alınıb. O vaxt Türkiyə 6 milyona yaxın rusiyalı turisti qəbul etmişdi.

Tehsil-press.az


Oxşar xəbərlər