
Akkreditasiya şəhadətnamələrini qəbul edən ali təhsil müəssisələrinin rektorları institusional akkreditasiya qiymətləndirməsi nəticəsində Akkreditasiya Komissiyaları tərəfindən verilmiş tövsiyə və göstərişlərin növbəti illərdə görüləcək fəaliyyətlərə faydalı istiqamət verdiyini xüsusi qeyd edib.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının 2023-cü il iyunun 8-də keçirilmiş iclasında Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin institusional akkreditasiya nəticələri “əsasən uyğundur” hesab edilərək sözügedən ali təhsil müəssisələrinin növbəti 5 il müddətinə akkreditasiya olunması haqqında qərar verilib.
Tehsil-press.az