ATMU-nun əməkdaşları Türkiyədə akkreditasiya prosesi barədə məlumatlandırılıb

ATMU-nun əməkdaşları Türkiyədə akkreditasiya prosesi barədə məlumatlandırılıb Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və Türkiyənin Turizm Təlimi Qiymətləndirmə və Akkreditasiya Qurumunun birgə təşəbbüsü ilə qardaş ölkədə akkreditasiya prosesinə dair seminar təşkil olunub.
“Türkiyədə akkreditasiya prosesi”nə dair onlayn seminara universitetin qırxa yaxın əməkdaşı qatılıb. Seminarda Mersin Universitetinin professoru Abdulcelil Çakıcı Türkiyədə akkreditasiya, akkreditasiyanın əhəmiyyəti, “TURAK” qiymətləndirmə meyarları, proqram və institusional akkreditasiya və sair məsələlərdən bəhs edib.
Qeyd edək ki, Turizm Təlimi Qiymətləndirmə və Akkreditasiya Qurumu Türkiyə Respublikasında müvafiq sahə üzrə akkreditasiyanı həyata keçirən səlahiyyətli strukturdur.

Tehsil-press.az

Oxşar xəbərlər