ADNSU-nun üç ixtisası Avropa standartlarına uyğun ixtisaslar olaraq akkreditasiya edilib

ADNSU-nun üç ixtisası Avropa standartlarına uyğun ixtisaslar olaraq akkreditasiya edilib Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) tədris olunan üç ixtisas – bakalavr səviyyəsində proseslərin avtomatlaşdırılması mühəndisliyi, elektroenergetika mühəndisliyi, magistratura səviyyəsində isə enerji menecmenti (neft sənayesində) ixtisasları Avropa standartlarına uyğun ixtisaslar olaraq akkreditasiya edilib.
Bu qərar yanvarın 16-da Almaniyanın Təhsil Proqramları üzrə Akkreditasiya Agentliyi (ASİİN) və Mühəndislik üzrə Akkreditasiya üçün Avropa Şəbəkəsi (ENAEE) tərəfindən verilib.
Bu ixtisasların Avropa standartlarına uyğun sayılaraq akkreditasiya edilməsi Təhsil Nazirliyinin tərəfdaşlığı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Azərbaycan üçün mühəndis təhsilində tədris prosesinin Boloniya prosesinə uyğunlaşdırılması” mövzusunda TEMPUS layihəsi çərçivəsində aparılmış iş sayəsində mümkün olub.

ADNSU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər