“Gənc istedadlar” liseyinin qızıl və gümüş medala layiq görülmüş məzunları ilə görüş

“Gənc istedadlar” liseyinin qızıl və gümüş medala layiq görülmüş məzunları ilə görüş Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin qızıl və gümüş medala layiq görülmüş builki məzunları ilə görüş olub.
Görüşdə BDU-nun Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev təhsildə qazandıqları uğurlara görə məzunları təbrik edib. Prorektor liseydə yaradılmış tədris şəraitindən, lisey şagirdlərinin respublika və dünya olimpiadalarında əldə etdikləri nəticələrdən danışıb.
Diqqətə çatdırılıb ki, bu il liseyin 9 məzunu qızıl və gümüş medala layiq görülüb.
Tədrisin təşkili və idarə olunması Mərkəzinin müdiri Elçin Məmmədov və liseyin direktoru Arif Bağırov məzunların qazandıqları bu uğurun gələcək inkişafları üçün önəmli başlanğıc olduğunu vurğulayıblar.
Qeyd olunub ki, 2023-cü ildə “Sabahın alimləri” müsabiqəsində ”Gənc istedadlar” liseyinin şagirdləri xüsusi fərqləniblər. Onlardan XI sinif şagirdləri Misir Hüseynli və Ayşan Hacıyeva fizika və astronomiya, Ayaz Ömərli və Ömər İbrahimov isə kimya istiqaməti üzrə I yerə layiq görülüblər. X sinif şagirdi Camal Axundov biologiya istiqaməti üzrə II yeri qazanıb. X sinif şagirdləri Cəfər Cəfərov və Aytac Əliyeva biologiya, IX sinif şagirdi Ərhun Abdullazadə isə fizika və astronomiya istiqaməti üzrə üçüncü yerə layiq görülüblər. XI sinif şagirdi Fidan Ruhullayeva və X sinif şagirdi Xuraman Yəhyazadə biologiya istiqaməti üzrə xüsusi mükafata sahib olublar. Liseyin “Sabahın alimləri” XII respublika müsabiqəsinin qalibləri olan şagirdləri - Misir Hüseynli və Ayşan Hacıyeva fizika və astronomiya, Ayaz Ömərli və Ömər İbrahimov kimya istiqaməti üzrə mayın 13-dən 19-dək ABŞ-ın Texas ştatının Dallas şəhərində ISEF Beynəlxalq Elm və Mühəndislik Sərgisində öz layihələrini təqdim ediblər. Ayşan Hacıyeva və Misir Hüseynli ölkəmizi müsabiqədə uğurla təmsil edərək Çin Elm və Texnologiya Assosiasiyası (China Association for Science and Technology) tərəfindən xüsusi mükafata (1200 $) və sertifikata layiq görülüblər.

Tehsil-press.az



Oxşar xəbərlər