BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 9 şagirdi qızıl və gümüş nişana layiq görülüb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 9 şagirdi qızıl və gümüş nişana layiq görülüb Təhsil naziri Emin Əmrullayev Ümumi təhsil müəssisələrinin 2021-2022-ci tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltif olunması haqqında əmr imzalayıb.
Əmrə əsasən, 136 şagird qızıl, 79 şagird isə gümüş nişana layiq görülüb.
Bakı Dövlət Universitetindən (BDU) AZƏRTAC-a bildiriblər ki, BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 9 şagirdi qızıl və gümüş nişanla təltif olunub. Liseyin şagirdləri Nəriman Şirinli, Rəfsan Həbibullayev, Tamella Süleymanova, Nuray Kərimli, Rəcəb İskəndərli, Ləman Cəfərli, Amin Zeynalov qızıl, Zəhra Məmmədli və Fərhad Hacıyev isə gümüş nişana layiq görülüblər.
Qızıl və gümüş nişanla təltif olunan təhsilalanların adları məktəbin “Şərəf kitabı”na yazılacaq.

Tehsil-press.az


Oxşar xəbərlər