Ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu davam edir

Ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu davam edir 2023–2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu davam edir.
Qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır. Bu günədək birinci sinfə qəbulla bağlı ümumilikdə 128 min 339 nəfər sorğu yerləşdirib. Onlardan 68 min 113-ü oğlan, 60 min 226-sı isə qızdır.
115 min 840 nəfər Azərbaycan bölməsi, 11 min 514 nəfər rus bölməsi, 985 nəfər isə tədris digər dillərdə aparılan bölmələr üzrə sorğu yerləşdirib.
Qeyd edək ki, birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-də başa çatacaq.

Tehsil-press.az



Oxşar xəbərlər