Digər dillərdə tədris aparılan birinci siniflərə qəbulla bağlı müsahibələr sabah yekunlaşır

Digər dillərdə tədris aparılan birinci siniflərə qəbulla bağlı müsahibələr sabah yekunlaşır Dövlət ümumi təhsil müəssisələrinin digər dillərdə tədris aparılan birinci siniflərinə qəbulla bağlı müsahibələr sabah yekunlaşır.
Müsahibədən uğurla keçən uşaqlar üçün məktəb və müəllim seçimi mərhələsi isə iyunun 11-18-də təşkil ediləcək.
Qeyd edək ki, mayın 4-dən 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib. Ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

Tehsil-press.az


Oxşar xəbərlər