Peşə Təhsili üzrə Dövlət Agentliyi əməkdaşlıq əlaqələrini genişləndirir

Peşə Təhsili üzrə Dövlət Agentliyi əməkdaşlıq əlaqələrini genişləndirir Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və “PMD Hospitality” MMC arasında əmək bazarının tələblərinə uyğun kadr hazırlığının dəstəklənməsi məqsədilə anlaşma memorandumu imzalanıb.
Memorandum çərçivəsində turizm və xidmət istiqamətləri üzrə ixtisaslı kadrların hazırlanması, onların bilik və bacarıqlarının artırılması, dual proqramların yaradılması, tədris proqramlarının və təlimin keyfiyyətinin yüksəldilməsinin təmin edilməsi, eləcə də əmək bazarının dəyişən tələblərinə cavab verən yeni ixtisasların açılması məqsədilə peşə təhsili müəssisələri ilə əməkdaşlıq nəzərdə tutulur.
Görüş zamanı tərəflər arasında əməkdaşlığın genişləndirilməsi imkanları üzrə gələcək addımlar müzakirə edilib. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini müvəqqəti icra edən, direktor müavini Ceyhun Kərəmov işəgötürənlər ilə peşə təhsili sahəsində davam edən əməkdaşlığın, müxtəlif istiqamətlərdə həyata keçirilən tədbirlərin peşə təhsilinin inkişafı baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
“PMD Hospitality” MMC-nin İdarə Heyətinin sədri Uygar Koçaş turizm və xidmət sektoru üçün mütəxəssislərin hazırlanması işinə sistemli yanaşmağa imkan yaradılmasının təqdirəlayiq olduğunu bildirərək tələbələr üçün təcrübə keçmək və digər istiqamətlər üzrə imkanların yaradılacağını qeyd edib.
Yeni tədris ilindən etibarən qarşılıqlı razılaşdırılmış fəaliyyət planına əsasən, daha intensiv fəaliyyətlərin icrası nəzərdə tutulur.

Tehsil-press.az



Oxşar xəbərlər