Peşə Təhsili üzrə Dövlət Agentliyi işəgötürənlərlə əməkdaşlığı genişləndirir

Peşə Təhsili üzrə Dövlət Agentliyi işəgötürənlərlə əməkdaşlığı genişləndirir Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində “Veysəloğlu” Şirkətlər Qrupunun nümayəndələri ilə görüş olub.
Görüşdə agentliyin direktor əvəzi Amil Əlili ölkəmizdə peşə təhsilinin inkişafında işəgötürənlərlə səmərəli əməkdaşlığın əhəmiyyətini vurğulayıb, bu istiqamətdə həyata keçirilən tədbirlər və onun nəticələri barədə məlumat verib. Peşə təhsilinin əmək bazarının tələblərinə uyğun qurulması üçün birgə fəaliyyətin vacibliyi diqqətə çatdırılıb.
“Veysəloğlu” Şirkətlər Qrupunun təhsil müəssisələri ilə əlaqələr üzrə bölmə müdiri Təyyar Mustafayev bir sıra peşə istiqamətləri üzrə ixtisaslı kadr hazırlığı, birgə tədris proqramlarının - kurikulumların hazırlanması və məzunların məşğulluğunun təmin olunması ilə bağlı məsələlərdən danışıb.
Görüşdə qeyd olunan istiqamətlər üzrə gələcək əməkdaşlıq barədə müzakirələr aparılıb.

Tehsil-press.az

Oxşar xəbərlər