
Tehsil-press.az-ın məlumatına görə, hazırda belə aksiyalardan biri Bakı Metropoliteni - "Elmlər Akademiyası" stansiyasının qarşısında baş tutub. Xeyli sayda gənc müxtəlif şüarlar səsləndirməklə Ordumuzun uğurunu qeyd edib. Yüksək əhval-ruhiyyə nümayiş etdirirlər. Hazırda dinc aksiya iştirakçıları polis əməkdaşlarının müşayiəti ilə Şəhidlər Xiyabanı istiqamətində hərəkət edirlər.
tehsil-press.az