Valeri Zalujnı: Ukrayna ərazisinə 44 qanadlı raket və kamikadze dronu atılıb

Valeri Zalujnı: Ukrayna ərazisinə 44 qanadlı raket və kamikadze dronu atılıb Avqustun 30-na keçən gecə Rusiya silahlı qüvvələri qanadlı raketlər və “Şahed” kamikadze pilotsuz uçuş aparatları ilə Ukraynaya hücum edib. Hava Hücumundan Müdafiə Qüvvələri 44 hava hədəfindən 43-nü vurmağa nail olub.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı teleqram səhifəsində məlumat verib.
Onun sözlərinə görə, bunlardan 28-i qanadlı raket olub.
Hava hücumundan müdafiə qüvvə və vasitələri Kiyev, Çerkassı, Odessa və Nikolayev vilayətlərində 28 qanadlı raketin və 15 pilotsuz hücum təyyarəsinin hamısını məhv edib.

Tehsil-press.az


Oxşar xəbərlər