Niger humanitar fəlakət qarşısında

Niger humanitar fəlakət qarşısında Nigerdə baş verən siyasi böhran insanların sosial vəziyyətini daha da ağırlaşdırıb və 20 min nəfər öz evini tərk edərək qaçqın həyatı yaşamağa məcbur olub.
Bu sözləri BMT-nin Qaçqınlar üzrə Ali komissarı Emanuel Jinyak jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ölkədə baş verən hərbi çevriliş nəticəsində əhalinin onsuz da ağır olan sosial vəziyyəti kəskin şəkildə pisləşib. Ərzaq və təmiz su çatışmazlığı ölkədə infeksion xəstəliklərin yayılmasına şərait yaradıb. Uşaqların ac qalması adi hal alıb.
Sosial vəziyyətlə yanaşı, Nigerin qonşuları ilə də problemləri meydana çıxıb. Ölkə prezidentinin devrilməsi qonşu Mali və Burkino-Faso dövlətləri tərəfindən birmənalı qarşılanmayıb. Bu dövlətlərin sərhəd bölgələrə hərbi hissələr yerləşdirməsi münasibətlərin gərgin xarakter almasından xəbər verir.
Ali komissar Nigerdə humanitar fəlakətin baş verəcəyini nəzərə çatdırıb və donor ölkələri yardım göstərməyə çağırıb.

Tehsil-press.az


Oxşar xəbərlər