Kerri: Ümid edirəm ki, ABŞ və Çin iqlim dəyişikliyi ilə mübarizədə birgə işləyə biləcəklər

Kerri: Ümid edirəm ki, ABŞ və Çin iqlim dəyişikliyi ilə mübarizədə birgə işləyə biləcəklər Ümid edirəm ki, ABŞ və Çin qlobal istiləşmə ilə mübarizə aparmaq üçün birgə əməkdaşlıq edə biləcəklər.
Bunu ABŞ Prezidentinin iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi, keçmiş dövlət katibi Con Kerri bildirib.
Kerri Nayrobidə Afrika İqlim Sammitində deyib: "Mən həqiqətən ümid edirəm ki, dünyanın iki ən böyük iqtisadiyyatı, iki ən böyük emissiya edən dövləti Çin və ABŞ bu məsələdə birgə əməkdaşlıq edə biləcəklər”.
Keçmiş dövlət katibi qeyd edib ki, Çin və ABŞ-ın birgə tədbirləri qlobal istiləşmə ilə mübarizəyə töhfə verə bilər. “Qlobal istiləşmə planet üçün böyük təhlükədir", - ABŞ Prezidentinin xüsusi nümayəndəsi əlavə edib.
Sammitdə çıxış edən ABŞ-ın keçmiş dövlət katibi, həmçinin bildirib ki, Vaşinqton Afrikada ərzaq təhlükəsizliyini təmin etmək səylərini gücləndirmək üçün əlavə 30 milyon dollar ayırmaq niyyətindədir.

Tehsil-press.az


Oxşar xəbərlər