BDU-da ustad dərsi: Qlobal ekoloji problemlər və onların həlli yolları

BDU-da ustad dərsi: Qlobal ekoloji problemlər və onların həlli yolları Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində növbəti ustad dərsi keçirilib. Ustad dərsində Milli Aerokosmik Agentliyin Ekologiya İnstitutunun direktoru professor Bəhram Əliyevin “Qlobal ekoloji problemlər və onların həlli yolları” mövzusunda məruzəsi dinlənilib.
Bütün dünyanı narahat edən qlobal iqlim dəyişmələri bir çox ekoloji problemlərin yaranmasına səbəb olur. Belə ki, qlobal iqlim dəyişmələri fonunda yaranan qlobal istiləşmə aridliyin artmasına, torpaqların deqradasiyasına, biomüxtəlifliyin azalmasına gətirib çıxarır. Torpaqların deqradasiyası nəticə etibarı ilə səhralaşmaya səbəb olur. Bu isə məhsuldarlığın aşağı düşməsi, insanların ərzaqla daha pis təmin olunması deməkdir. Azərbaycan dünyanın bir hissəsi olduğuna görə bu problemlər respublikamızdan da yan keçməyib. Belə ki, qlobal iqlim dəyişmələri, torpaqların deqradasiyası - yəni eroziya, şoranlaşma, səhralaşma problemləri bu günə qədər həllini tapmayıb.
Məruzəçi qlobal iqlim dəyişmələrinin, səhralaşma və ərzaq təhlükəsizliyi problemlərinin həlli yolları haqqında da məlumat verib.
Sonda iştirakçıların sualları cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər