Papa Fransisk hər kəsi Liviya xalqı ilə həmrəy olmağa çağırıb

Papa Fransisk hər kəsi Liviya xalqı ilə həmrəy olmağa çağırıb Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk şiddətli daşqınlar nəticəsində çoxlu sayda insan tələfatına görə hər kəsi Liviya xalqı ilə həmrəylik nümayiş etdirməyə çağırıb.
Papa Fransisk şiddətli daşqınlara məruz qalmış Liviyada minlərlə insanın həlak olması və itkin düşməsinə görə kədərləndiyini, həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib. Roma Papası sağ qalanlar üçün dua etdiyini bildirib, bütün zərər çəkənlərə mənəvi yaxınlığını ifadə edib.
“Təbii fəlakətdən əziyyət çəkən bütün insanlar öz yaxınlığımı bildirmək istəyirəm. Beynəlxalq səviyyədə yardıma böyük ehtiyac var”, - deyə Roma Katolik Kilsəsinin rəhbəri vurğulayıb.
Papa Fransisk, həmçinin çətin şəraitdə həyat xilas etməyə çalışanlara təşəkkür edib və onlar üçün dua etməyi xahiş edib.
Qeyd edək ki, Liviyada daşqınlar nəticəsində həlak olanların sayı 5 min nəfəri ötüb, minlərlə insan isə itkin düşüb.

Tehsil-press.az



Oxşar xəbərlər