Rusiya ABŞ səfirliyinin 2 əməkdaşını ölkədən çıxarır

Rusiya ABŞ səfirliyinin 2 əməkdaşını ölkədən çıxarır Rusiya ABŞ-nin Moskvadakı səfirliyinin iki əməkdaşını “persona non grata” (“arzuolunmaz şəxs”) elan edib.
Sözügedən şəxslər səfirliyin birinci və ikinci katibləridir.
Onlar 7 sutka ərzində Rusiyanı tərk etməlidirlər.
“ABŞ-nin Moskvadakı səfirliyinin Rusiyanın daxili işlərinə müdaxiləsi yolverilməzdir və bunların qarşısı qətiyyətlə alınacaq”, - deyə Rusiya XİN-in yaydığı məlumatda qeyd olunub.
Həmçinin bildirilir ki, ABŞ-nin ölkədəki səfiri Linn Treysi məsələ ilə bağlı Rusiya XİN-ə çağırılıb və etiraz notası verilib.

Tehsil-press.az


Oxşar xəbərlər