“Qənirə xanımın vəziyyəti hazırda çox ağırdır” - Mərkəzi Klinikanın baş həkimi

“Qənirə xanımın vəziyyəti hazırda çox ağırdır” - Mərkəzi Klinikanın baş həkimi “Qənirə xanım reanimasiya şöbəsindədir və bütün lazımi tədbirlər görülür”.
Bunu Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev millət vəkilinin səhhəti ilə bağlı danışarkən bildirib.
Onun sözlərinə görə, bütün ixtisas həkimləri müalicə işinə cəlb olunub:
“Əlimizdə mövcud olan bütün tibbi imkanların hamısından istifadə olunur. Qənirə xanımın müalicəsi üçün Türkiyədə olan həmkarlarımızla daimi əlaqədəyik və konsultasiyalar aparırıq. Müalicə davam edir. Qeyd edim ki, Qənirə xanımın vəziyyəti hazırda çox ağırdır”.
Qeyd edək ki, deputat sentyabrın 23-də səhər saatlarında ağır şok vəziyyətində Mərkəzi Klinikanın təcili yardım şöbəsinə gətirilib.

Tehsil-press.az



Oxşar xəbərlər