Nazirlik yaralıların son vəziyyətini açıqladı - “Böyrəyinin biri kəsilib...”

Nazirlik yaralıların son vəziyyətini açıqladı - “Böyrəyinin biri kəsilib...” Dünən Xəzər rayonu, Binə qəsəbəsində 160 saylı sərnişin avtobusu ilə qatarın toqquşması nəticəsində yaralanan şəxslərin son vəziyyəti açıqlanıb.
Hazırda yaralıların əksəriyyətinin yerləşdirildiyi Sabunçu rayonunda yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasında hazırda 12 nəfər saxlanılır. Onlardan 5 nəfəri reanimasiya şöbəsindədir, 3 yaralı əməliyyat olunub, 2 nəfərin vəziyyəti ağırdır.
“Semaşko” xəstəxanasında 6 nəfər yerləşdirilib, onlardan 2 nəfəri artıq evə buraxılıb. Qalan yaralıların 3-nün vəziyyəti orta ağır, birinin vəziyyəti isə ağırdır. Həmin şəxsin böyrəyinin biri kəsilib götürülüb.
Travmotologiya İnstitutuna isə 3 nəfər gətirilib, onlardan biri artıq evə buraxılıb. Qalan iki nəfərdən biri bu gün əməliyyat olunacaq.
Qeyd edək ki, qəza nəticəsində 34 nəfər yaralanıb, 13 yaşlı məktəbli vəfat edib.

Tehsil-press.az

Oxşar xəbərlər