3 il əvvəl bu gün...

3 il əvvəl bu gün... Bu gün - sentyabrın 27-də Vətən müharibəsinin başlamasından üç il keçir.
Azərbaycan Ordusunun əks-hücum əməliyyatının birinci günündə işğal altındakı altı yaşayış məntəqəsi azad edilib.
Belə ki, Füzulinin Qaraxanbəyli, Qərvənd, Horadiz və Yuxarı Abdulrəhmanlı kəndləri işğaldan təmizlənib.
Cəbrayılın Böyük Mərcanlı, Nüzgar kəndləri də işğaldan azad olunub. Həmçinin, Ağdərə rayonu istiqamətində və Murovdağı silsiləsində yerləşən düşmən postları darmadağın edilərək bir neçə hakim yüksəkliklər nəzarətə götürülüb.

Tehsil-press.az



Oxşar xəbərlər