Professor Səyyarə İbadullayeva “Böyük Turan” Ordeni ilə təltif olunub 

Professor Səyyarə İbadullayeva “Böyük Turan” Ordeni ilə təltif olunub  Botanika İnstitutunun direktoru, professor Səyyarə İbadullayeva Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının "İlin uğurlu elm adamı" mükafatı və Türk dünyası elminə və təhsilinə verdiyi mühüm töhfələrə görə “Böyük Turan” Ordeni ilə təltif olunub.

"Böyük Turan" ordeni Türk dünyasının elm və mədəniyyət sahələrində müstəsna xidmətləri olan, türk xalqlarının mənəvi birliyinə töhfə verən nüfuzlu şəxsiyyətlərə təqdim edilən ali mükafatlardan biridir.

Bu orden həm də türk dövlətləri arasındakı mədəni inteqrasiyanı və ortaq tarixi irsi tərənnüm edən rəmzi bir status daşıyır.

Tehsil-press.az

Oxşar xəbərlər