Mehriban Ələkbərzadə İŞDƏN AZAD OLUNDU - MEHRİBAN XANLAROVADAN REAKSİYA...

Mehriban Ələkbərzadə İŞDƏN AZAD OLUNDU - MEHRİBAN XANLAROVADAN REAKSİYA... Mehriban Xanlarova ilə mübahisə yaşayan bədii rəhbər Mehriban Ələkbərzadə işdən çıxarıldı. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən dövlət teatrlarının idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində müvafiq qərarlar qəbul edilib. "Teatr və teatr fəaliyyəti haqqında" qanunun tələblərinə uyğun olaraq, dövlət teatrlarının əsasnamələri, struktur və ştat cədvəlləri yenidən işlənərək təsdiqlənib. Qəbul edilən dəyişikliklərə əsasən, Azərbaycandakı dövlət teatrlarında baş rejissor və baş rəssam ştatları ləğv edilib. Nəticədə ölkə üzrə fəaliyyət göstərən teatrlarda çalışan rəhbər şəxslər rəsmi olaraq, işdən azad olunmuş sayılırlar. Həmin şəxslərdən biri də Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadədir.

Məsələnin hansı yerdə olduğunu araşdırmaq üçün Mehriban Ələkbərzadə ilə əlaqə saxlayıb.

O bildirib ki, bu baş verən yeni konseptual dəyişiklikdir. Bu haqda Mədəniyyət Nazirliyi rəsmi məlumat yayıb. Bu mədəniyyət siyasəti bütün teatrlara şamil edilib. Ona görə də özəl mahiyyət daşımır.

Xatırladaq ki, əməkdar artist Mehriban Xanlarova ilə Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə arasında uzun müddət qalmaqallar səngiməyib.

Aktrisanın mövzuya münasibətini öyrənmək üçün özü ilə əlaqə saxladıq.

Mehriban Xanlarova qeyd edib ki, bir vaxt olan qalmaqallar ilk özü tərəfindən qaldırılmışdı. Hətta aktrisa rəsmi işlədiyi dövrdə nazirlik idaretmə mexanizmlərində dəyişiklik edəcəyi haqda məlumatlar demişdi. Lakin dəqiq hansı vəzifələri əhatə edəcəyi bəlli deyildi.

Aktrisanın sözlərinə görə, o çalışdığı dövrdə bədii rəhbər vəzifəsinin önəmli olmadığını da vurğulayıb.

Lakin, hazırda rəsmi olaraq, fəaliyyət göstərmədiyi üçün baş verənlərə münasibət bildirmək istəmədiyini açıqlayıb.

Tehsil-press.az

Oxşar xəbərlər