BDU-nun nəzdində Arı xəstəlikləri diaqnostika laboratoriyasının qurulması planlaşdırılır

BDU-nun nəzdində Arı xəstəlikləri diaqnostika laboratoriyasının qurulması planlaşdırılır Bakı Dövlət Universitetinin (BDU) rektorunun strateji inkişaf və əlaqələr üzrə müşaviri Xalid Bayramlı, gənclər siyasəti və sosial məsələlər üzrə müşaviri Xumar Məmmədbağırova, rəqəmsallaşma və informasiya texnologiyaları üzrə müşaviri Şəbnəm Səfərovadan ibarət nümayəndə heyəti Türkiyəyə səfər edərək qardaş ölkənin Kənd Təsərrüfatı Nazirliyinin Ordu Arıçılıq Elmi-Tədqiqat İnstitutunda olublar.
Nümayəndə heyətinə Türkiyə Kənd Təsərrüfatı Nazirliyinin Ordu Arıçılıq Elmi-Tədqiqat İnstitutunun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib, onlar institutun laboratoriyaları ilə tanış olublar.
Səfər çərçivəsində BDU-nun nəzdində qurulması planlaşdırılan Arı xəstəlikləri diaqnostika laboratoriyası, Arıçılıq elmi-tədqiqat laboratoriyasının texniki spesifik imkanları müzakirə edilib, eyni zamanda, bu sahədə kadr potensialının gücləndirilməsi məqsədilə qarşılıqlı təlim planlarının hazırlanması məsələsi razılaşdırılıb.
Müzakirələrin nəticəsi olaraq ilkin mərhələdə bu sahədə vəziyyətin qiymətləndirilməsi məqsədilə mütəxəssislərdən ibarət akademik heyətin qiymətləndirmə aparması nəzərdə tutulub.

Tehsil-press.az


Oxşar xəbərlər