Bu dörd bankın nizamnamə kapitalı artıb

Bu dörd bankın nizamnamə kapitalı artıb 2025-ci ilin ilk üç rübü ərzində Azərbaycanda fəaliyyət göstərən 22 bankdan 4 bankın nizamnamə kapitalı artıb.

Bu dörd bank “ABB”, “Xalq Bank”, “Premium Bank” və “Azər Türk Bank”dır.

"ABB”nin nizamnamə kapitalı 2024-cü ildəki 1 milyard 225,6 milyon manatdan 2025-ci ildə 1 milyard 281,2 milyon manata yüksəlib. Bu isə 55,6 milyon manat və ya 4,54 faiz artım deməkdir.

“Xalq Bank”da kapitalını artıraraq 2024-cü ildəki 364,7 milyon manatdan 2025-ci ildə 446,6 milyon manata çatdırıb. Bankın artımı 81,8 milyon manat və ya 22,44 faiz təşkil edib.

“Premium Bank”ın nizamnamə kapitalı ötən illə müqayisədə 20 milyon manat artaraq 154,6 milyon manatdan 174,6 milyon manata yüksəlib. Bu göstərici 12,94 faiz artım deməkdir.

Ən yüksək artım göstəricisi isə “Azər Türk Bank”da qeydə alınıb. Bankın nizamnamə kapitalı 2024-cü ildəki 50 milyon manatdan 2025-ci ildə 79 milyon manata çataraq 29 milyon manat və ya 58 faiz artım nümayiş etdirib.

Tehsil-press.az


Oxşar xəbərlər