AzMİU tələbələrinin təcrübə və tədqiqat imkanları genişləndirilir

AzMİU tələbələrinin təcrübə və tədqiqat imkanları genişləndirilir Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tədris işləri üzrə prorektoru professor Akif Qasımovun rəhbərlik etdiyi nümayəndə heyəti Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunda olub.
Nümayəndə heyəti Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun tədris auditoriyaları, tədqiqat laboratoriyaları ilə tanış olub. Sonra institutun əməkdaşları ilə dəyirmi masada müzakirələr aparılıb.
Prorektor Akif Qasımov çıxış edərək institutla tanışlığa və yaradılan əməkdaşlıq imkanlarına görə AzMİU rəhbərliyinin təşəkkürünü çatdırıb. Prorektor qeyd edib ki, AzMİU Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu ilə əməkdaşlıq etməkdə maraqlıdır.
İnstitutun direktoru vəzifəsini icra edən Aytək Babayeva AzMİU ilə mövcud əlaqələrin daha da inkişaf etdirilməsi üçün potensial imkanlardan danışıb.
Görüş zamanı AzMİU tələbələrinin Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunda istehsalat və elmi-tədqiqat təcrübələrinə cəlb olunması, institutun tədris və tədqiqat laboratoriyalarından birgə istifadə, birgə konfrans, simpoziumların təşkili məsələləri müzakirə edilib.

Tehsil-press.az


Oxşar xəbərlər