
Mikrobiologiya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Pənah Muradov tələbələrə elmi müəssisənin əsas fəaliyyət istiqamətləri və görülən işlər barədə məlumat verib. Sonra tələbələr institutun laboratoriyalarında aparılan elmi-tədqiqat işləri ilə tanış olublar. Laboratoriya rəhbərləri tələbələrə burada aparılan elmi-tədqiqat işləri barədə məlumat verib, bəzi eksperimentləri əyani şəkildə onlara göstəriblər.
Daha sonra institut əməkdaşları tələbələri laboratoriyalardakı avadanlıqların işləmə qaydaları ilə tanış ediblər.
Tehsil-press.az