Selfi çəkdi, 20 il həbs olundu

Selfi çəkdi, 20 il həbs olundu Meşəyə od vuran şəxs 60 milyon dollar cərimə də edilib.

Selfi çəkdi, həbsə düşdü. ABŞ vətəndaşı Ueyn Allen Xantsman Kaliforniyaştatında meşədə yanğın zamanı selfi etdiyi üçün 20 il azadlıqdan məhrum edilib. Tehsil-press.az-n məlumatına görə, həbsdən əlavə o, 60 milyon dollar cərimə olunub.
Ueyn Allen ötən gün meşəni yandırdığını boynuna alıb. Polis əməkdaşları saxlanılan şəxsi yanğın zamanı çəkdiyi selfidən tapıb. O, yolda bir naməlum şəxsə meşəni necə yandırdığı və selfisini göstərib. Naməlum şəxs isə Ueyn Allenin göstərdiklərini videoya çəkib və polisə xəbər xəbər edib.



ABŞ-ın Kaliforniya ştatında meşə yanğını ciddi fəsadlar törədib. Yanğının miqyası genişlənərək 100 min hektar sahəni əhatə edib. Yerli icra orqanları bəzi ərazilərdən sakinləri təxliyə edib.
Meşə yanğını flora və fauna ilə yanaşı, tikililərə də ziyan vurub. Kaliforniyada meşə yanğınları bir neçə aydır davam edir. Quraqlıq və yüksək temperatur alovla mübarizəni daha da çətinləşdirib.

tehsil-press.az




Oxşar xəbərlər