
Nikol Paşinyan bunu parlamentdə 2024-cü il üçün büdcə layihəsinin müzakirəsi zamanı deyib.
“Ümid edirəm ki, yaxın zamanlarda Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin sərhədlərin açılması barədə danışıqlarında əldə olunan razılaşmanı reallaşdıra biləcəyik. Bu mərhələdə sərhədin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılması planlaşdırılır”, - deyə Paşinyan bildirib.
Onun sözlərinə görə, hazırda nəzarət-buraxılış məntəqələrində infrastrukturun bərpası işləri görülür.
Tehsil-press.az