Bakıda I Ekoloji Forum keçirilib

Bakıda I Ekoloji Forum keçirilib Aprelin 9-da Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi və Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin birgə reallaşdırdığı “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində “Ekoklub” üzvlərinin I Ekoloji Forumu keçirilib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, “Yaşıl şəbəkə” devizi altında “Ekoklub” üzvlərinin I Ekoloji Forumunun keçirilməsində əsas məqsəd gənclərin ekoloji hərəkatının genişləndirilməsi, “Ekoklub”lar şəbəkəsinin yaradılması, məktəblilərin ekoloji biliklərinin artırılması, onlarda ekoloji mədəniyyətin və ətraf mühitin qorunması sahəsində xüsusi bacarıqların formalaşdırılmasından ibarətdir.
Forumdan öncə təhsil naziri Mikayıl Cabbarov “Muğam Klub”da Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin nəzdində fəaliyyət göstərən “Ekoklub” liderləri ilə görüşüb. Təhsil naziri məktəblilərlə görüşdə müasir dünyada və Azərbaycanda mövcud olan ekoloji problemlərdən, onları yaradan səbəblərdən və həlli istiqamətində reallaşdırılan tədbirlərdən danışıb.
Məktəblilər ekologiyanın qorunması ilə bağlı iştirak etdikləri aksiyalardan danışıb və yeni təkliflərlə çıxış ediblər.
Sonra T.İsmayılov adına 6 nömrəli məktəb-liseydə forumun açılış mərasimi keçirilib. Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, ekologiya üzrə beynəlxalq və yerli ekspertlər, 250-dən çox “Ekoklub” üzvü iştirak edib. Tədbirin yekununda iştirakçıların birgə bəyanatı qəbul edilib.

tehsil-press.az

Oxşar xəbərlər