Məktəblilər arasında çempionata start verilib

Məktəblilər arasında çempionata start verilib Rəşid Behbudov adına Mahnı Teatrında Şən və Hazırcavablar Klubunun məktəblilər arasında “ŞHK Respublika Çempionatı”nın rəsmi açılış mərasimi olub.

Çempionatın keçirilməsində əsas məqsəd Şən və Hazırcavablar Klubunun ənənələrini yaşatmaq, yetişməkdə olan gənc nəslin bu istiqamətdə yaradıcı potensialını üzə çıxarmaqdan ibarətdir. Tədbirdə Təhsil Nazirliyinin rəsmiləri, Azərbaycan ŞHK-nin və ümumi təhsil müəssisələrinin rəhbərləri, eləcə də digər rəsmi qonaqlar iştirak ediblər.
Açılış mərasimində Bakı şəhəri üzrə Məktəb Çempionatına qatılmaq istəyən 12 komanda öz çıxışları ilə tamaşaçılarda çox böyük maraq və coşqu yaradıb. Komandaların hər biri cari ilin may ayında keçiriləcək növbəti oyunlarda iştirak hüququ əldə edib.
Çıxışların sonunda münsiflər heyəti tərəfindən Bakı şəhərinin 7, 164, 227, 189-190 nömrəli ümumi təhsil məktəblərinin, “Ankara” məktəb-liseyinin, 132-134 nömrəli təhsil kompleksinin komandaları xüsusi kuboklarla təltif ediliblər.

Məktəblilər arasında çempionata start verilib

Məktəblilər arasında çempionata start verilib

Məktəblilər arasında çempionata start verilib



tehsil-press.az

Oxşar xəbərlər