Bakıdakı Rus evində “İT-də sürətli start: Startaping və sahibkarlıq” mövzusunda mühazirə dinlənilib

Bakıdakı Rus evində “İT-də sürətli start: Startaping və sahibkarlıq” mövzusunda mühazirə dinlənilib Bakıdakı Rus evində Azərbaycanın Rus Gəncləri Assosiasiyasının təşkilatçılığı, Rus evinin dəstəyi ilə “İT-də sürətli start: Startaping və sahibkarlıq” mövzusunda mühazirə dinlənilib.
Mühazirəni “Heydər Əliyev-100” mühəndislik hakatonunun qalibi, Çində Tech4Good beynəlxalq mərhələsinin finalçısı, Tümendə “Universitet startapları döyüşü”nün çoxsaylı nominasiyalarının iştirakçısı Roman Tolstoşeyev oxuyub.
Roman İT-sənayesində yola necə başlamaq, startap yaratmaq və sahibkarlıqda uğur qazanmaq barədə təcrübələrini və biliklərini bölüşüb. O, İT-də uğurlu karyera qurmaq üçün lazım olan əsas bacarıqlardan danışıb, həmçinin komanda və layihələrin effektiv idarə edilməsinin sirlərini bölüşüb.
Mühazirədə iştirak edənlər startap üçün ideyanın axtarışı, eləcə də informasiya texnologiyaları sənayesində çətinliklərin aradan qaldırılması və uğur qazanması ilə bağlı dəyərli məsləhətlər əldə ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər