Elm və təhsil naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Elm və təhsil naziri Naxçıvanda vətəndaşlarla görüşəcək Elm və təhsil naziri Emin Əmrullayev noyabrın 24-də Naxçıvan şəhərində vətəndaşlarla görüşəcək.
Qəbulda Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur sakinləri iştirak edə bilərlər.
Adları qeyd olunan şəhər və rayonların sakinləri noyabrın 16-na qədər (saat 18:00-dək) Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər.
Bununla yanaşı, nazirliyin rəsmi saytından elektron formada və ya +994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür.

Tehsil-press.az



Oxşar xəbərlər