Təhsil naziri İsmayıllıda vətəndaşları qəbul edəcək

Təhsil naziri İsmayıllıda vətəndaşları qəbul edəcək Təhsil naziri Ceyhun Bayramov sentyabrın 27-si saat 10.00-da İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində İsmayıllı və Ağsu rayonlarının sakinlərini qəbul edəcək.
Qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlar sentyabrın 18-dən 24-dək (saat 18.00-dək) Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Tehsil-press.az

Oxşar xəbərlər